Lənkəranın yeni polis rəisi kollektivə təqdim olundu

Lənkəranın yeni polis rəisi kollektivə təqdim olundu Lənkəran Şəhər Rayon Polis şöbəsinin yeni rəisi polkovnik Azər Cahangirov kollektivə təyin olunub
Hadisə
10 Fevral , 2021 12:16
Lənkəranın yeni polis rəisi kollektivə təqdim olundu

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin yeni rəisi, polkovnik Azər Cahangirov kollektivə təqdim olunub.

“Report”un Cənub Mərkəzinin məlumatına görə, A.Cahangirov artıq yeni vəzifəsində fəaliyyətə başlayıb.

Qeyd edək ki, polis polkovniki Azər Cahangirov daha əvvəl Astara Rayon Polis Şöbəsinin rəisi olub. O, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrə əsasən Astara Rayon Polis Şöbəsinin rəisi vəzifəsindən azad edilib. O, nazirin imzaladığı digər əmrlə Lənkəran ŞRPŞ-nin rəisi vəzifəsinə təyin olunub.

Son xəbərlər

Orphus sistemi