Lənkəranın icra başçısı: "Rayonda süni qiymət artımının qarşısı qətiyyətlə alınır" - FOTO

Lənkəranın icra başçısı: "Rayonda süni qiymət artımının qarşısı qətiyyətlə alınır" - FOTO Taleh Qaraşov Şilavar kənd sakinlərini səyyar qəbul edib
Hadisə
18 Yanvar , 2016 10:37
Lənkəranın icra başçısı: Rayonda süni qiymət artımının qarşısı qətiyyətlə alınır - FOTO

Bakı. 18 yanvar. REPORT.AZ/ Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov rayonun Şilavar kənd sakinlərini səyyar qəbul edib. "Report"un məlumatına görə, görüşdə şəhər İcra hakimiyyəti başçısı aparatının rəhbər işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəsmi şəxsləri ilə yanaşı 300 nəfər kənd sakini iştirak edib.

İcra hakimiyyətinin Şilavar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Afat Əkbərov görüşdə Şilavar və Digah kəndləri haqqında ümumi məlumat verdikdən sonra ərazidə aparılan vətəndaşların qəbulu, yeni iş yerlərinin açılması, əhalinin məşğulluğunun təmin olunması sahəsində görülmüş işlərdən, əhalinin təbii qaz və elektrik enerjisindən səmərəli istifadə etməsindən, gənclərin asudə vaxtlarını səmərəli keçirməsi sahəsində həyata keçirilən tədbirlərdən danışıb.
Digah kənd icmasının sədri Bayraməli Ağayev, Şilavar kənd icmasının sədri, müəllim Həşim Kəlbiyev, Şilavar kənd sakinlərindən Xanağa Əsgərov, Ağacəfər Fətullayev, Digah kənd sakini, təqaüdçü Bahadır Məmmədov çıxış edərək Şilavar və Digah kəndlərində aparılan abadlıq-quruculuq işlərindən ətraflı bəhs edərək bir sıra təkliflər irəli sürməklə yanaşı son vaxtlar bəzi şəxslərin süni qiymət artımını, manatın məzənnəsinin dəyişməsini bəhanə edərək qanunsuz hərəkətlər törətmələrini kəskin pisləyiblər.
İcra başçısı Taleh Qaraşov bildirib ki, ölkə vətəndaşlarının sosial müdafiəsinin daha da gücləndirilməsi üçün çoxsaylı layihələr, proqramlar icra edilir, sərəncamlar verilir: "Bütün bu nailiyyətlər iqtisadi artım hesabına əldə edilir.Ölkə başçısnın həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycanda möhkəm sabitlik, əmin-amanlıq hökm sürür. Devalvasiya ilə əlaqədar cənab Prezident ölkə əhalisinin, xüsusilə aztəminatlı ailələrin sosial müdafiəsini möhkəmləndirmək məqsədilə xüsusi tapşırıqlar verib".
T.Qaraşov qeyd edib ki, hazırlanan anti-böhran proqramı tezliklə öz müsbət nəticəsini göstərəcək: "Süni qiymət artımının qarşısı qətiyyətlə alınır, bu sahədə nəzarət gücləndirilir. İstehlakçıların hüquqlarının qorunmasında hər bir sakin yaxından iştirak etməli, ictimai nəzarət komissiyasına köməklik göstərməli, aşkara çıxarılan nöqsanlar barədə qaynar xəttə operativ məlumatlar verilməlidir. Devalvasiyanı maksimum səviyyədə itkisiz keçirmək məqsədilə dövlətin anti-böhran tədbirlərində cəmiyyət birlikdə çalışmalı, hamı əlbir olmalıdır".
İcra başçısı sonda səyyar qəbul-görüş zamanı əhali tərəfindən qaldırılan təkliflərin nəzərə alınacağını bildirib və cari məsələlərin həlli üçün müvafiq strukturların rəhbərlərinə göstəriş və tapşırıqlarını verib.

Son xəbərlər

Orphus sistemi