Lənkəranın icra başçısı sahibkarlarla görüşüb

Lənkəranın icra başçısı sahibkarlarla görüşüb Lənkəran. 6 mart. REPORT.AZ/ Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov rayon sahibkarları ilə görüşüb.
Hadisə
6 Mart , 2018 16:55
Lənkəranın icra başçısı sahibkarlarla görüşüb

Lənkəran. 6 mart. REPORT.AZ/ Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov rayon sahibkarları ilə görüşüb.

“Report”un Cənub bürosunun verdiyi xəbərə görə, Heydər Əliyev Mərkəzində baş tutan görüşdə çıxış edən icra başçısı Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasətin bəhrələrində sahibkarlıq subyektlərinin də payı olduğunu diqqətə çatdırıb. T.Qaraşov qeyd edib ki, məhz İlham Əliyevin təşəbbüsü ilə ölkədə uğurla həyata keçirilən iqtisadi islahatlar hesabına sahibkarlıq fəaliyyəti geniş vüsət alıb, saysız-hesabsız sahibkarlıq subyektləri yaradılıb, istehsal müəssisələri tikilib istifadəyə verilib və yeni iş yerləri açılıb.

O, əlavə edib ki, ölkə rəhbərliyi tərəfindən sahibkarlığın inkişafına verilən davamlı dəstək, yaradılan əlverişli şərait iş adamlarını ruhlandıraraq onları daha həvəslə işləməyə sövq edib. Nəticədə ümumi məhsul buraxılışında özəl bölmənin payı son illərdə dəfələrlə artıb, sənaye ilə yanaşı kənd təsərrüfatında da sahibkarlığın inkişafına geniş imkanlar yaranıb. Dövlət tərəfindən tətbiq olunan güzəştlərin, kənd əməkçilərinə verilən kredit və subsidiyaların torpağın becərilməsinə marağı artırdığını, bu sahəyə investisiya qoyuluşunun çoxaldığını bildirən icra başçısı Prezidentin kənd təsərrüfatının ayrı-ayrı sahələri, xüsusilə çayçılığın, çəltikçiliyin və sitrus meyvəçiliyinin inkişafı ilə bağlı imzaladığı sərəmcamların, təsdiq etdiyi Dövlət Proqramlarının rayonda aqrar sahədə sahibkarlığın inkişafına güclü təkan olacağını, göstərilən sahələr üzrə yeni layihələrin icrasına investisiya qoyuluşunun dəfələrlə artacağını, bunun sayəsində yeni torpaq sahələrinin əkin dövriyyəsinə cəlb olunması hesabına yeni iş yerlərinin açılmasına və “Made in Azerbaijan” brendi ilə məhsul istehsalının artmasına, əldə olunan gəlirin çoxalmasına əlverişli imkanların yaranacağını diqqətə çatdırıb.

Görüşdə çıxış edən sahibkarlar onlara yaradılan əlverişli biznes mühitinə və işgüzar şəraitə görə ölkə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirməklə onun həyata keçirdiyi siyasi kursu daim dəstəkləyəcəklərini ifadə ediblər.

Son xəbərlər

Orphus sistemi