Lənkərandan Türkiyədəki zəlzələdən zərərçəkənlərə humanitar yardım göndərilib

Lənkərandan Türkiyədəki zəlzələdən zərərçəkənlərə humanitar yardım göndərilib Azərbaycanın Lənkəran rayonundan Türkiyədəki zəlzələdən zərərçəkənlərə humanitar yardım göndərilib
Hadisə
11 Fevral , 2023 11:34
Lənkərandan Türkiyədəki zəlzələdən zərərçəkənlərə humanitar yardım göndərilib

Azərbaycanın Lənkəran rayonundan Türkiyədəki zəlzələdən zərərçəkənlərə humanitar yardım göndərilib

Bu barədə "Report"a Lənkəran Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, fevralın 6-da qardaş Türkiyədə baş verən dağıdıcı zəlzələdən zərər görmüş insanlara dəstək məqsədilə respublikanın bütün ərazilərində olduğu kimi Lənkəran rayonunda da humanitar yardım kampaniyası həyata keçirilir. Lənkəran rayonunda insanların şəxsi təşəbbüsü ilə keçirilən kampaniya zamanı əsasən hazır qida məhsullarının və qış geyimlərinin toplandığı humanitar yardım artıq Türkiyənin Azərbaycandakı səfirliyinə göndərilib.

Lənkəran Şəhər İcra Hakimiyyəti də Türkiyənin yanında olduğunu nümayiş etdirərək ümumi dəyəri 50 min manat olan 15 ton Lənkəran düyüsü və 1 ton Lənkəran çayı zəlzələdən zərər çəkmiş insanlara humanitar yardım məqsədilə Kahramanmaraş şəhərinə göndərilib.

Son xəbərlər

Orphus sistemi