Lənkərandan Neftçalaya toya gələn şəxs qəfildən ölüb - YENİLƏNİB

Lənkərandan Neftçalaya toya gələn şəxs qəfildən ölüb - YENİLƏNİB O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib
Hadisə
27 Noyabr , 2017 09:47
Lənkərandan Neftçalaya toya gələn şəxs qəfildən ölüb - YENİLƏNİB
Report

Neftçala. 27 noyabr. REPORT.AZ/ Lənkəran rayonundan Neftçalaya toya gələn şəxs qəfildən ölüb.

"Report"un Aran bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Surra kəndində yerləşən "Kür-Xəzər" şadlıq sarayında qeydə alınıb. 

Belə ki, Lənkəran rayonunun Mamusta kənd sakini, 1958-ci il təvəllüdlü Arif Vəli oğlu Bəqiyevin toy mərasimində halı pisləşib və o, özündən gedib. Hadisə yerinə Təcili Tibbi Yardım maşını çağırılıb. 

A.Bəqiyev Salyan Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasın dəyişib.


***9:21

Neftçala. 27 noyabr. REPORT.AZ/Neftçala rayonunda toy mərasimində ölüm hadisəsi olub.

"Report"un məlumatına görə, hadisə rayonun Aşağı Surra kəndində yerləşən "Kür-Xəzər" şadlıq sarayında qeydə alınıb.

Hələlik şəxsiyyəti məlum olmayan 55-60 yaşlarında olan kişi qəfildən ölüb. 

Məlumata görə, toy iştirakıçısı olan şəxsin mərasim zalında halı pisləşərək özündən gedib. Hadisə yerinə Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi