Lənkəranda zəncirvari qəza: 4 maşın toqquşub - FOTO

Lənkəranda zəncirvari qəza: 4 maşın toqquşub - FOTO Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
14 Yanvar , 2017 11:42
Lənkəranda zəncirvari qəza: 4 maşın toqquşub - FOTO

Lənkəran. 14 yanvar. REPORT.AZ/ Lənkəran şəhərində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un  Cənub bürosunun məlumatına görə, hadisə şəhərin "Ləvəngi" dairəsi adlanan ərazisində qeydə alınıb.

Belə ki, Elxan Nazim oğlu Sultanzadə idarə etdiyi 99-CT-836 dövlət qeydiyyat nömrə nişanlı "Ford" markalı yük maşını ilə Şəhidlər Xiyabanı küçəsindən "Ləvəngi" dairəsi istiqamətində hərəkətdə olan zaman idarəetməni itirib və 3 avtomobillə toqquşub. 

Hadisə zamanı "Ford" markalı avtomobil Elxan Fətulla oğlu Rəhmanovun idarə etdiyi 10-BE-131 dövlət qeydiyyat nömrə nişanlı "VAZ-2108" markalı, Vasif Səməd oğlu Səmədovun idarə etdiyi 99-ES-164 dövlət qeydiyyat nişanlı "Nissan" markalı, Nicat Hidayət oğlu Fərdiyevin idarə etdiyi 42-BT-671 dövlət qeydiyyat nömrə nişanlı "Mercedes" markalı  avtomobillərə çırpılıb. 

Hadisə zamanı xəsarət alan olmasa da dörd avtomobilə ciddi ziyan dəyib. Hadisə şahidlərinin bildirdiyinə görə, qəzaya səbəb "Ford" markalı avtomobilin sürücüsünün sürət həddini aşması olub. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi