Lənkəranda zəlzələ olub - YENİLƏNİB

Lənkəranda zəlzələ olub - YENİLƏNİB Zəlzələ nəticəsində dağıntı və tələfat qeydə alınmayıb
Hadisə
5 Aprel , 2017 09:08
Lənkəranda zəlzələ olub - YENİLƏNİB

Bakı. 5 aprel. REPORT.AZ/ Lənkəranda baş verən zəlzələ 4 bal gücündə olub.

Bu barədə "Report"a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

İlkin məlumatlara əsasən, aprelin 5-də saat 03:16 radələrində Lənkərandan 27 km şimal-qərbdə, Lənkəran ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 4, yaxın yaşayış məntəqələrində isə 3 bala qədər hiss olunub.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, zəlzələ nəticəsində dağıntı və tələfat qeydə alınmayıb.

*** 03:21

Lənkəran rayonunda zəlzələ baş verib.

"Report"un Cənub bürosu xəbər verir ki, yeraltı təkanlar Bakı vaxtı ilə təqribən 03:20 radələrində qeydə alınıb.

Təqribən 3 bal gücündə artıq olan yeraltı təkanlar hiss olunub.

Son xəbərlər

Orphus sistemi