Lənkəranda yük maşınının vurduğu gənc dünyasını dəyişib - YENİLƏNİB

Lənkəranda yük maşınının vurduğu gənc dünyasını dəyişib - YENİLƏNİB Yaralı xəstəxanada ölüb
Hadisə
15 Oktyabr , 2017 23:45
Lənkəranda yük maşınının vurduğu gənc dünyasını dəyişib - YENİLƏNİB
Report

Lənkəran. 15 oktyabr. REPORT.AZ/ Lənkəranda yük maşınının vurduğu iki piyadadan biri dünyasını dəyişib.

"Report"un Cənub Bürosu xəbər verir ki, 1996-cı il təvəllüdlü Hüseynov Nihat Emil oğlu Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində keçinib.


***19:43

Lənkəran. 15 oktyabr. REPORT.AZ/ Lənkəranın Boladi kəndində iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Cənub bürosunun məlumatına görə, hadisəni "Qazel" markalı yük avtomobilin sürücüsü törədib.

Qəza nəticəsində 1999-cu il təvəllüdlü Cəfərov Elvin Nadir oğlu və 1996-cı il təvəllüdlü Hüseynov Nihat Emil oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralılardan birincinin vəziyyəti qənaətbəxş olsa da, digərinin vəziyyəti ağırdır. Nihat reanimasiya şöbəsinə yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi