Lənkəranda yol qəzasında xəsarət alanlardan biri xəstəxanada ölüb - FOTO

Lənkəranda yol qəzasında xəsarət alanlardan biri xəstəxanada ölüb - FOTO Hadisə yerindən qaçan sürücü saxlanılaraq istintaqa cəlb olunub
Hadisə
17 Sentyabr , 2016 11:56
Lənkəranda yol qəzasında xəsarət alanlardan biri xəstəxanada ölüb - FOTO

Lənkəran. 17 sentyabr. REPORT.AZ/ Lənkəran rayonunun Şağlaküçə kəndində baş verən yol qəzasında xəsarət alan yeddi nəfərdən biri xəstəxanada ölüb. 

"Report"un Cənub bürosunun məlumatına görə, hadisə zamanı ağır bədən xəsarətləri alan Şağlaküçə kənd sakini, 51 yaşlı Şinəxanım Qəyyum qızı Fərəcova xəstəxanada dünyasını dəyişib.

Hadisə yerindən qaçan "Mercedes" markalı 90-ED-480 dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edən şəxsin Bakı şəhər sakini, 49 yaşlı Rahim Fərhad oğlu İsmayılov olduğu müəyyənləşdirilib. Lənkəran Şəhər Rayon Polis şöbəsinin (ŞRPŞ) və Dövlət Yol Polisi (DYP) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində R.İsmayılov saxlanılaraq istintaqa cəlb olunub.

Xatırladaq ki, Lənkəran-Lerik şosesinin 7-ci kilometrliyində "Mercedes JEEP" markalı avtomobillə "Nissan Sunny" markalı 42-BP-239 dövlət nömrə nişanlı avtomobil toqquşub.

"Nissan"ın sürücüsü, 1990-cı il təvəllüdlü Fərahim Məlikzadə, anası, 1965-ci il təvəllüdlü Şinəxanım Fərəcova, gəlini, 1995-ci il təvəllüdlü Salatın Fərəcova, iki azyaşlı nəvəsi - Hüseyn və Nur Fərəczadə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Digər avtomobildə olan Malik Babayev və Mehman Həbibov orta ağır dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya müraciət ediblər.

Qeyd edək ki, qəzadan sonra "Mercedes" markalı avtomobilin sürücüsü avtomobilin dövlət qeydiyyat nömrə nişanlarını açaraq hadisə yerindən qaçmışdı.

Son xəbərlər

Orphus sistemi