Lənkəranda yol qəzasında ölən və yaralanan şəxslərin kimliyi məlum olub - YENİLƏNİB

Lənkəranda yol qəzasında ölən və yaralanan şəxslərin kimliyi məlum olub - YENİLƏNİB Lənkəranda baş verən yol qəzasında ölən və yaralananların kimliyi məlum olub.
Hadisə
23 İyul , 2019 20:33
Lənkəranda yol qəzasında ölən və yaralanan şəxslərin kimliyi məlum olub - YENİLƏNİB

Lənkəranda baş verən yol qəzasında ölən və yaralananların kimliyi məlum olub.

"Report"un Cənub bürosunun məlumatına görə, ölən şəxs 1948-ci il təvəllüdlü Azadə Məmmədova, yaralananlar - 1990-cı il təvəllüdlü Nigar Əzizova, 1950-ci il təvəllüdlü Cəmilə Məmmədova və sürücü Vüsal Əzizovdur. 


***18:50

Lənkəran rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

"Report"un Cənub bürosunun məlumatına görə, hadisə rayonun Girdəni kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı 90-LK-933 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü idarəetməni itirib və avtomobil hərəkət zolağından kənara çıxıb. Qəza zamanı avtomobildə olan bir qadın ölüb, iki nəfər isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi