Lənkəranda yol qəzası olub, xəsarət alanlar var

Lənkəranda yol qəzası olub, xəsarət alanlar var Faktla bağlı araşdırma aparılır
Hadisə
22 Avqust , 2017 12:35
Lənkəranda yol qəzası olub, xəsarət alanlar var
Report

Lənkəran. 22 avqust. REPORT.AZ/ Lənkəran rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Cənub bürosunun məlumatına görə, hadisə rayonun Vel kəndi ərazisində qeydə alınıb. 

Belə ki, "VAZ-21011" və "Mercedes" markalı avtomobillər toqquşub. Nəticədə "Mercedes" markalı minik avtomobili zərbənin gücündən yol kənarındakı hasara çırpılıb, maşının sürücüsü, 1998-ci il təvəllüdlü Bakı şəhər sakini Nahid Teymur oğlu Hüseynzadə və 12 yaşlı sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Avtomobildəki digər ailə üzvləri isə xəsarət almayıblar. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi