Lənkəranda yol qəzası olub, iki nəfər xəsarət alıb

Lənkəranda yol qəzası olub, iki nəfər xəsarət alıb Yaralılardan biri şəhid övladıdır
Hadisə
11 Oktyabr , 2016 00:44
Lənkəranda yol qəzası olub, iki nəfər xəsarət alıb

Bakı. 11 oktyabr. REPORT.AZ/ Lənkəranda yol qəzasında iki nəfər xəsarət alıb.

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə "Şəhidlər Xiyabanı" küçəsində baş verib.

"Vosxod" markalı motosiklet "Jiquli Vaz – 2107" markalı avtomaşınla toqquşub. Nəticədə motosikleti idarə edən Lənkəran şəhər sakini 34 yaşlı İsmayılov Ramin Ramiz oğlu baş nahiyəsindən və sol ayağının kəsimiş-cırılmış yarası diaqnozu, motosikldə olan sərnişin şəhid övladı, 33 yaşlı Əsgərov Azad Həmid oğlu ağır kəllə-beyin travması diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Huşsuz halda, vəziyyəti daha ağır olan A.Əsgərov dərhal reanimasiya şöbəsinə yerləşdirilib. Motosiklet sürücüsünün dediyinə görə, qarşı tərəfdən hərəkət edən "Vaz 2107"-nin sürücüsü dönmə işarəsi etmədən dönüb. Nəticədə toqquşma baş verib.

Faktla bağlı yol polisi əməkdaşları tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi