Lənkəranda yol qəzası oldu, xəsarət alanlar var - VİDEO - ƏLAVƏ OLUNUB

Lənkəranda yol qəzası oldu, xəsarət alanlar var - VİDEO - ƏLAVƏ OLUNUB Video əlavə olunub
Hadisə
15 Mart , 2020 14:09
Lənkəranda yol qəzası oldu, xəsarət alanlar var - VİDEO - ƏLAVƏ OLUNUB
Foto: "Report"

Video əlavə olunub


***13:38

Lənkəranda xəsarətlə nəticələnən yol qəzası olub.

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə Nizami və H.Z.Tağıyev küçələrinin kəsişməsində baş verib.

“20-CX-430” dövlət qeydiyyat nişanlı, “Mercedes” markalı avtomobil “42-CA-298” dövlət qeydiyyat nişanlı “VAZ-2106” markalı avtomobillə toqquşub. Hadisə zamanı “VAZ-2106”nın sürücüsü, Kərgəlan kənd sakini, 1970-ci il təvəllüdlü Bəhram Əzim oğlu Hüseynov və həyat yoldaşı, 1978-ci il təvəllüdlü Səliqə Əliağa qızı Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və Travmatologiya şöbəsinə yerləşdiriliblər.

Qəzanın başvermə səbəbi araşdırılır.

Son xəbərlər

Orphus sistemi