​Lənkəranda yol qəzası: iki nəfər xəsarət alıb

​Lənkəranda yol qəzası: iki nəfər xəsarət alıb İlkin tibbi yardımlardan sonra yaralılar travmatologiya şöbəsinə yerləşdiriliblər
Hadisə
9 İyul , 2016 01:03
​Lənkəranda yol qəzası: iki nəfər xəsarət alıb

Bakı. 9 iyul. REPORT.AZ/ Ələt-Astara magistralının 202-ci km-də, Lənkəran rayonunun Digah kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər xəsarət alıb.

"Report"un Cənub bürosu xəbər verir ki, Digah kənd sakini 35 yaşlı Raqib Ramazanov idarə etdiyi "Vaz 21003" markalı 42 BC 734 dövlət qeydiyyat nişanlı avtomaşın idarəetməni itirərək yoldan çıxıb. O, yol kənarındakı suötürücü kollektora düşərək beton divara çırpılıb.

Nəticədə sürücü və sərnişin Sütəmurdov kənd sakini 24 yaşlı Vüsal Musayev müxtəlif bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

İlkin tibbi yardımlardan sonra yaralılar travmatologiya şöbəsinə yerləşdiriliblər.

Şahidlərinin bildirdiyinə görə, hadisəyə düzgün ötmə əməliyyatı aparmayan digər avtomaşın səbəb olub. Sürücü atomaşını qəzadan yayındırmaq istədikdə yoldan çıxıb. Qəzanın dəqiq səbəbləri Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının araşdırmasından sonra aydınlaşacaq.  

Son xəbərlər

Orphus sistemi