Lənkəranda yol qəzası baş verib, sürücü xəsarət alıb - FOTO

Lənkəranda yol qəzası baş verib, sürücü xəsarət alıb - FOTO ​Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
20 May , 2016 09:36
Lənkəranda yol qəzası baş verib, sürücü xəsarət alıb - FOTO

Bakı. 20 may. REPORT.AZ/ Lənkəran rayonunda ağır yol qəzası baş verib. "Report"un məlumatına görə, hadisə rayonun Sütəmurdov kəndi ərazisində qeydə alınıb.
Belə ki, Lənkəran şəhər H.Əliyev 105 ünvanında qeydiyyatda olan 23 yaşlı Elvin Nazim oğlu Səfərli idarə etdiyi "Chevralet lacetti" markalı, 42 BV 078 dövlət qeydiyyat nömrə nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və yolun kənarında beton sütunə çırpılıb. 
Hadisə nəticəsində avtomobilin sürcüsü E.Səfərli ağır bədən xəsarətləri alıb və Lənkəran Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.
Lənkəran RMX-dan "Report"a bildirilib ki, yaralının vəziyyəti ağırdır: "Avtoqəza nəticəsində ağır bədən xəsarətləri alan Elvin Səfərli qapalı kəllə-beyin travması, ağır beyin əzilməsi diaqnozu ilə xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağırdır və həyatda qalması üçün səy göstəririk".
Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi