Yuxarı

Lənkəranda yol qəzası baş verib, sürücü ağır xəsarət alıb - FOTO

Faktla bağlı araşdırma aparılır

Bakı. 19 avqust. REPORT.AZ/ Lənkəranda avtomobil aşıb, sürücü ağır xəsarət alıb.

"Report"un Cənub bürosunun məlumatına görə, hadisə rayonun Vilvan kəndinin ərazisində baş verib. 

Belə ki, 33 yaşlı Məmmədov Xəyal Şirqasım oğlu idarə etdiyi BMW markalı avtomobili aşırıb. Hadisəyə yüksək sürət səbəb olub. Maşında olan sərnişinlər yüngül xəsarət alsalar da, sürücü ağır xəsarətlərlə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin onun ağır kəllə-beyin travması aldığını bildiriblər. Bir nəfərə isə ambulator yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi