Lənkəran. 23 iyun. REPORT.AZ/ Lənkəran rayonu, Liman şəhəri ərazisində 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Cənub bürosunun məlumatına görə, Liman-Nərimanabad yolu istiqamətində hərəkətdə olan "VAZ 21011" markalı "10-CZ-463" dövlət qeydiyyat nişanlı minik avtomobil qarşı tərəfdən gələn və hazırda istintaqa məlum olmayan nəqliyyat vasitəsi tərəfindən vurulub.
Hadisə nəticəsində sürücü, 1996-cı il təvəllüdlü Cəlilabad rayon sakin Hüseynov Yavər şahin oğlu orta-ağır, sərnişinlər – Biləsuvar rayon sakinləri – Mirzəyev Mirxan Namiq oğlu ağır, 1993-cü il təvəllüdlü Abdulov Orxan Elşad oğlu orta-ağır, 1992-ci il təvəllüdlü Məmmədov Nurlan Əlihüseyn oğlu orta-ağır yaralanıb. Daha bir nəfərə ambulator yardım göstərilib.


