Yuxarı

Lənkəranda yol qəzası: 6 yaralı

Vəziyyəti daha ağır olan 3 yaşlı Ayxan Quliyev qapalı kəllə beyin travması ilə reanimasiya şöbəsinə yerləşdirilib

Bakı. 11 iyul. REPORT.AZ/ Lənkəran rayonunun Liman-Nərimanabad-Balıqçılar yolunda çoxsaylı xəsarətlərlə nəticələnən yol qəza hadisəsi baş verib.

"Report"un məlumatına görə, yolun Nərimanabad qəsəbəsi hissəsindən keçən ərazidə sərt döngədə sürəti tənzimləyə bilməyən sürücü avtomaşını aşırıb.

Vəziyyəti daha ağır olan 3 yaşlı Ayxan Aqil oğlu Quliyev qapalı kəllə beyin travması ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Daha 5 nəfər travmatalogiya şöbəsinə yrləşdirilib.

Onlardan ikisinə ambulator yardım göstərildikdən sonra evə buraxılıb. Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi