Lənkəranda yırtıcı heyvanlar sakinlərə hücum edib, 4 nəfər yaralanıb - FOTO - YENİLƏNİB

Lənkəranda yırtıcı heyvanlar sakinlərə hücum edib, 4 nəfər yaralanıb - FOTO - YENİLƏNİB ​Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
21 Noyabr , 2018 13:39
Lənkəranda yırtıcı heyvanlar sakinlərə hücum edib, 4 nəfər yaralanıb - FOTO - YENİLƏNİB
Report

Lənkəran. 21 noyabr. REPORT.AZ/ Lənkəran rayonunun Osakücə kəndində yırtıcı heyvanların hücumuna məruz qalaraq müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxslərin adı məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, kənd sakini, 58 yaşlı Südabə Əlibala qızı Həsənova, 60 yaşlı Bəxtiyar Şahhüseyn oğlu Həsənov, 37 yaşlı Rakif Balaxan oğlu Dövlətov və 31 yaşlı Cavid Ələmdar oğlu Hümmətov yırtıcı heyvanların hücumu nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırlıblar. Onlara quduzluq əleyhinə vaksin vurulub.

Xəsarət alan S.Həsənovanın sözlərinə görə bağda toyuq-cücə səsi eşidərək həyətə düşüb və çaqqalın ev quşlarını tələf etdiyini görüb. Bu zaman yırtıcı heyvan ona hücum edib: "Boğazımı dişləmək istəyirdi. Əllərimlə üzümü tutdum. Yerə yıxılıb sifətimi yerə dayadım. Evdəkiləri köməyə çağırdım".

Çaqqal qadının bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirib. Köməyə gələn onun həyat yoldaşı B.Həsənov da yırtıcı heyvanların hücumuna məruz qalıb. Çaqqal onun üzərinə tullanaraq sifətini dişləyib.


*** 10:38
Lənkəran. 21 noyabr. REPORT.AZ/ Lənkəran rayonunda çaqqallar sakinlərə hücum edib.

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Osaküçə kəndində qeydə alınıb. 

Hadisə nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan "Report"un yerli bürosuna verilən məlumata görə, yırtıcı heyvanın hücumuna məruz qalan kən sakinlərinə ilkin tibbi yardım göstərilib: "Bu gün səhər saatlarında xəstəxanaya yırtıcı heyvanın hücumuna məruz qalan 4 nəfər gətirilib. Onlara həkimlər tətəfindən lazımi tibbi yardımlar göstərilib və quduzluq əleyhinə vaksinlər vurulub. Yaralıların vəziyyəti normaldır".

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi