Lənkəranda velosipedçini maşın vuraraq öldürüb - FOTO - YENİLƏNİB

Lənkəranda velosipedçini maşın vuraraq öldürüb - FOTO - YENİLƏNİB Hadisə Ələt-Astara magistralının 204-cü kilometrliyində baş verib
Hadisə
254
28 May , 2017 19:32
Lənkəranda velosipedçini maşın vuraraq öldürüb - FOTO - YENİLƏNİB
Report.az

***18:53

Lənkəran. 28 may. REPORT.AZ/ Ələt-Astara magistralının 204-cü kilometrliyində velosipedçinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Lənkəran bürosu xəbər verir ki, hadisə Lənkəran rayonunun Velədi kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1976-cı il təvəllüdlü Lənkəran rayon Mamusta kənd sakini Həsənov Vasif Baxşəli oğlu idarə etdiyi "VAZ-21015" markalı avtomobil ilə velosipeddə hərəkətdə olan 1965-ci il təvəllüdlü Velədi kənd sakini Ələsgərov Tərlan Ələsgər oğlunu vurub. O, hadisə yerində keçinib. Sürücü izahatı alınması üçün Lənkəran rayon Polis şöbəsinə aparılıb.

Ölən şəxsin tikintidə fəhlə işlədiyi bildirilir. 

Son xəbərlər

Orphus sistemi