Lənkəran. 19 yanvar. REPORT.AZ/ Lənkəran rayonunda partlayış nəticəsində yanıq xəsarətləri alan 80 yaşlı kişi xəstəxanada ölüb.
"Report"un Cənub bürosu xəbər verir ki, rayonun Kərgəlan kənd sakini 80 yaşlı Əlipaşa Miriyev Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində dünyasını dəyişib.
Xəstəxanaya 3-cü dərəcəli yanıq diaqnozu ilə gətirilən Ə.Miriyevin həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Ə.Miriyev yaşadığı mənzildə baş verən partlayış nəticəsində ağır yanıq xəsarətləri almışdı. Hadisə vaxtı Ə.Miriyev evdə tək olub.
Faktla bağlı araşdırma aparılır.
*** 8:16
Lənkəran. 19 yanvar. REPORT.AZ/ Lənkəran rayonunda fərdi yaşayış evində partlayış olub.
"Report"un Cənub bürosu xəbər verir ki, hadisə rayonun Kərgəlan kəndi ərazisində yerləşən fərdi yaşayış evlərindən birində baş verib.
Belə ki, rayonun Kərgəlan kənd sakini, 1939-cu il təvəllüdlü Əlipaşa Miriyevə məxsus fərdi yaşayış evində yanğın olub.
Yanğın zamanı Ə.Miriyev ağır dərəcəli bədən xəsarətləri alıb. Yaralı dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına Çatdırılıb.
Hadisə yerinə gələn yanğınsöndürənlər yanğını söndürüb və genişlənməsinin qarşısını alıblar.