Yuxarı

Lənkəranda yanğın zamanı iri buynuzlu heyvanlar və ev quşları tələf olub

Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə edilib

Bakı. 28 noyabr. REPORT.AZ/ Lənkəran rayonunda yanğın hadisəsi baş verib.

"Report"un Cənub bürosunun məlumatına görə, rayonun Girdəni kəndində ümumi sahəsi 80 kvadratmetr olan tövlənin dam örtüyü, içərisinə yığılmış 20 ton ot bağlaması və yaxınlıqdakı ümumi sahəsi 120 kvadratmetr olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin aynabəndi yanıb.

Yanğın zamanı tövlədə olan 5 baş iri buynuzlu heyvan və sayı məlum olmayan ev quşları tüstüdən boğularaq tələf olub. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi