Lənkəranda yanacaqdoldurma məntəqəsində partlayış zamanı xəsarət alan şəxslərin adı məlum olub - YENİLƏNİB - FOTO

Lənkəranda yanacaqdoldurma məntəqəsində partlayış zamanı xəsarət alan şəxslərin adı məlum olub - YENİLƏNİB - FOTO Biri ağır olmaqla iki nəfər yaralanıb
Hadisə
21 Noyabr , 2017 15:23
Lənkəranda yanacaqdoldurma məntəqəsində partlayış zamanı xəsarət alan şəxslərin adı məlum olub - YENİLƏNİB - FOTO
Report

Lənkəran. 21 noyabr. REPORT.AZ/ Lənkəran rayonunda yanacaqdoldurma məntəqəsində baş verən partlayış zamanı xəsarət alan şəxslərin adı məlum olub.

"Report"un yerli bürosunun məlumatına görə, hadisə nəticəsində yanacaqdoldurma məntəqəsinin sahibi, 1971-ci il təvəllüdlü Çingiz Qubad oğlu Allahverdiyev və onun işçisi 1991-ci il təvəllüdlü Əbülfəz Əbülfət oğlu Məmmədov 2-3 cü dərəcəli ağır yanıq xəsarətləri alıb.

Partlayışa səbəb yeraltı çəndə sızmanın baş verməsidir. Partlayışın gücündən beton örtüyü dağılıb, hasarda çatlar yaranıb.


***15:01

Lənkəran. 21 noyabr. REPORT.AZ/ Lənkəran rayonunda yanacaqdoldurma məntəqəsində partlayış olub.

"Report"un Cənub bürosu xəbər verir ki, hadisə rayonun Separadi kəndində Çingiz Qubad oğlu Allahverdiyevə məxsus yanacaqdoldurma məntəqəsində baş verib.

Nəticədə iki nəfər xəsarət alıb. Onlar xəstəxanaya çatdırılıblar. Həkimlər yaralılardan birinin vəziyyətini ağır kimi qiymətləndiriblər. O, reanimasiyaya yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi