Lənkəranda Xocalı soyqırımının 26-cı ildönümü qeyd olunub - FOTO

Lənkəranda Xocalı soyqırımının 26-cı ildönümü qeyd olunub - FOTO Lənkəran. 26 fevral. REPORT.AZ/ Lənkəran şəhərində Xocalı soyqırımının 26-cı ildönümü qeyd olunub.
Hadisə
398
26 Fevral , 2018 12:35
Lənkəranda Xocalı soyqırımının 26-cı ildönümü qeyd olunub - FOTO
Report

Lənkəran. 26 fevral. REPORT.AZ/ Lənkəran şəhərində Xocalı soyqırımının 26-cı ildönümü qeyd olunub.

"Report"un Cənub bürosu xəbər verir ki, bu münasibətlə soyqırım qurbanları xatirə parkındakı "Ana heykəli" qarşısında anım mərasimi keçirilib. 

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, İcra aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyətin nümayəndələri, tələbələr, məktəblilər, hərbi hissələrin şəxsi heyəti abidə-kompleksi önünə gül-çiçək dəstələri düzərək, faciə qurbanlarının xatirəsini dərin hüznlə yad ediblər. Mərasimdə gənclərin ifasında musiqili bədii kompozisiya səsləndirilib.

Sonra xatirə tədbiri Lənkəran Dövlət Dram Teatrında yazıçı-publisist Ağaddin Babayevin Xocalı faciəsinə həsr edilmiş “Şəhid şəhər” tamaşası ilə davam etdirilib.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun iştirak etdiyi tamaşada 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı quldur dəstələri və rus hərbi birləşmələrinin Xocalı şəhərinə qəfil hücumu zamanı amansızlıqla öldürülən, doğma yurd-yuvalarından didərgin düşən günahsız insanların faciəvi taleyi, onların vətənpərvərlik hissləri, psixoloji və mənəvi durumu təsirli səhnələrlə əks etdirilib.

Xocalı faciəsinin 26-cı ildönümü ilə əlaqədar Heydər Əliyev Mərkəzində, Lənkəran Dövlət Universitetində, orta ixtisas və ümumtəhsil məktəblərində Xocalı soyqırımına həsr edilmiş dərslər, rayonun idarə, müəssisə və təşkilatlarında, qəsəbə və kəndlərdə anım mərasimləri, xatirə gecələri, rəsm və kitab sərgiləri təşkil edilərək soyqırım qurbanlarının xatirəsi ehtiramla yad olunub.

Son xəbərlər

Orphus sistemi