Lənkəran. 31 may. REPORT.AZ/ Ələt-Astara magistralının Lənkəran rayonunun Gərmətük kəndi ərazisindən keçən hissəsində avtomobil tərəfindən vurulan velosipedçi dünyasını dəyişib.
"Report"un Cənub bürosu xəbər verir ki, sürücü tərəfindən xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olmayıb.
***21:19
Axşam saatlarında Ələt-Astara magistralının Lənkəran rayonunun Gərmətük kəndi ərazisindən keçən hissəsində velosipedçinin vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Cənub bürosu xəbər verir ki, "42-BP-277" dövlətqeydiyyat nişanlı "Volkswagen" markalı avtomobili idarə edən Kamran Hüseynov velosipeddə olan təqribən 25-26 yaşlı Xəlilov Zamin Aftandil oğlunu vurub.
Sürücü yaralını Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparıb. Z.Xəlilovun vəziyyəti ağır olduğundan o, Reanimasiya şöbəsinə yerləşdirilib. Velosipedçinin içkili vəziyyətdə olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.