Yuxarı

​Lənkəranda velosipedçini maşın vurub, yaralı komaya düşüb

Hadisəyə səbəb kimi zərərçəkənin velosipedi qulaqcıqda sürməsi göstərilir

Bakı. 6 İyul. REPORT.AZ/ Lənkəranda velosipedçinin vurulması ilə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, hadisə Haftoni qəsəbəsi ərazisində baş verib.

26 yaşlı qəsəbə sakini Taleh Mirzəyev idarə etdiyi "Lifan" markalı 42 BT 824 dövlət qeydiyyat nişanlı avtomaşınla Kərgəlan kənd sakini 21 yaşlı İlqar Həmidzadəni vurub.

Yaralı ağır qapalı kəllə-beyin travması, təpə nahiyəsində kəsilmiş yaralar və sağ qolunun qapalı yerdəyişən sınıqları diaqnozu ilə Lənkəran Mərkəzi Xəstəxanasına çatdırılıb.

Reanimasiyaya yerləşdirilən yaralı koma vəziyyətindədir. Faktla bağlı araşdırma aparılır.

Hadisənin baş verməsinə ilkin versiya kimi velosipedçinin qulaqcıq taxaraq avtomaşının yaxınlaşmasını eşitməməsi göstərilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi