Lənkəranda velosipedçini avtomobil vurub, vəziyyəti ağırdır - FOTO

Lənkəranda velosipedçini avtomobil vurub, vəziyyəti ağırdır - FOTO Lənkəran rayonunda 50 yaşlı velosipedçini avtomobil vurub.
Hadisə
102
7 Fevral , 2020 11:54
Lənkəranda velosipedçini avtomobil vurub, vəziyyəti ağırdır - FOTO

Lənkəran rayonunda 50 yaşlı velosipedçini avtomobil vurub.

“Report”un Cənub Mərkəzinin məlumatına görə, hadisə rayonun Aşağı Nüvədi kəndi ərazisində baş verib. 

Belə ki, Ağcabədi rayon sakini, 1989-cu il təvəllüdlü Samir Şahsuvar oğlu Cavadov idarə etdiyi “Ford-Transit” markalı 99 ES 958 dövlət qeydiyyat nişanlı mikroavtobus yolda hərəkət edən velosipedçi - rayonun Gərmətük qəsəbə sakini, 1970-ci il təvəllüdlü Cəmil Əjdər oğlu Məmmədovu vurub. 

Yaralı ətrafdakıların yardımı ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıya sağ bazu sümüyünün yuxarı baş hissəsinin yerdəyişməyən sınığı, qapalı kəllə-beyin travması və sifət nahiyəsinin zədəsi olaraq ilkin diaqnoz qoyulub. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi