Lənkəranda üç avtomobil toqquşdu, piyada öldü - VİDEO - YENİLƏNİB

Lənkəranda üç avtomobil toqquşdu, piyada öldü - VİDEO - YENİLƏNİB Lənkəranda baş verən zəncirvari yol qəzasında ölən şəxsin adı məlum olub.
Hadisə
6132
2 Aprel , 2020 12:34
Lənkəranda üç avtomobil toqquşdu, piyada öldü - VİDEO - YENİLƏNİB
0 : 00
0 : 00

Lənkəranda baş verən zəncirvari yol qəzasında ölən şəxsin adı məlum olub.

“Report”un Cənub Mərkəzinin məlumatına görə, hadisə nəticəsində rayon sakini, 40 yaşlı Kəmalə Ramiz qızı Hüseynova vəfat edib. 

Onun meyiti müayinə edilməsi üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.


*** 10:59

Lənkəran rayonunda yol qəzası baş verib. 

“Report”un Cənub Mərkəzinin məlumatına görə, hadisə Girdəni kəndində qeydə alınıb.

Belə ki, magistral yolda üç avtomobil toqquşub. Zərbənin təsirindən avtomobillərdən biri piyadanı vurub. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub.

Ağır xəsarət alan piyada hadisə yerində ölüb. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi