Lənkəranda toyda kütləvi dava nəticəsində 3 nəfər bıçaqlanıb - FOTO

Lənkəranda toyda kütləvi dava nəticəsində 3 nəfər bıçaqlanıb - FOTO Yaralılardan ikisinin vəziyyəti ağırdır
Hadisə
10 Sentyabr , 2015 22:17
Lənkəranda toyda kütləvi dava nəticəsində 3 nəfər bıçaqlanıb - FOTO

Bakı. 10 sentyabr. REPORT.AZ/ Axşam saatlarında Lənkəran rayonunun Liman şəhərindəki şadlıq saraylarından birində kütləvi dava baş verib.

"Report" xəbər verir ki, insident nəticəsində üç nəfər bıçaq xəsarəti alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəsarət alanlar 1952-ci il təvəllüdlü Əlisəfa Tağıyev ürək, Zaur Tağıyev isə qarın nahiyəsindən kəsilmiş-deşilmiş yaralar alıb. Elçin Musayev adlı yaralı isə sol qol nahiyəsindən bıçaq xəsarəti alıb. Əməliyyata aparılan yaralıların qohumları aqressiv olduqlarından xəstəxanaya polis qüvvələri cəlb edilib.

Hazırda yaralılardan ikisinin vəziyyəti ağır, digərinin vəziyyəti isə normal qiymətləndirilir.

Hadisəni törədən şəxsin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür. Zərərçəkənlərin qohumlarının dediklərinə görə, hadisəni törədən şəxsin eyni nəsildən olan şəxslərlə mübahisəsi olub. Həmin vaxt da bıçaqlanma hadisəsi qeydə alınıb.

Faktla bağlı rayon Polis şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi