Yuxarı

Lənkəranda tiryəkxana aşkarlanıb - ƏLAVƏ OLUNUB

2 kq-a yaxın heroin aşkar edilərək maddi sübut kimi götürülüb

Bakı. 29 aprel. REPORT.AZ/ Lənkəran şəhər sakini, 1978-ci il təvəllüdlü İdrak Əkbərovun yaşadığı Şeyx Zahid küçəsi, ev 4-də tiryəkxana aşkarlanıb. 

"Report" xəbər verir ki, əməliyyat məlumatları əsasında polis əməkdaşları mənzilə baxış keçirərkən oradan 2 kq-a yaxın narkotik vasitə olan heroin aşkar edilərək maddi sübut kimi götürülüb.

Bundan əlavə, narkotik vasitələrin qəbulu zamanı istifadə olunan əlavə preparatlar aşkarlanıb.

Ev sahibi və tiryəkxanada olan digər şəxslər, ümumilikdə 6 nəfər saxlanılıb. Onlardan biri qadındır. Saxlanılanlar arasında iki və yeddi dəfə məhkumluq həyatı yaşayanlar da var.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi