Lənkəranda tiryəkxana aşkarlanıb

Lənkəranda tiryəkxana aşkarlanıb Həmin obyektdə vətəndaşlara girov müqabilində də narkotik maddələr təklif olunurmuş
Hadisə
297
3 Noyabr , 2014 13:26
Lənkəranda tiryəkxana aşkarlanıb
Bakı. 3 noyabr. REPORT.AZ/ Azərbaycanın Lənkəran şəhərində tiryəkxana aşkarlanıb. Bu barədə "Report"a Lənkəran Şəhər Rayon Polis Şöbəsindən məlumat verilib.

Aparılan əməliyyat axtarış tədbirləri nəticəsində rayonun Göyşaban kəndində yerli sakin, 44 yaşlı Səlim Ağayev yaşadığı evdə yaxalanıb. Əməliyyat zamanı həmçinin onun evinə gələn müştərilər – 27 yaşlı Hikmət Ağayev və 40 yaşlı Sevinc Dadaşova da saxlanılıblar. Evə baxış zamanı 700 qram heroin, 600 qram tiryək, ümumi çəkisi 200 qramdan çox olan 12 kibrit qutusuna qablaşdırılmış marixuana, narkotik maddə hazırlamaq və inyeksiya yolu ilə qəbul etmək üçün lazım olan vasitələr, şprislər, psixatrop tərkibli dərman preparatları, 2 ədəd beşbarmaq, 1 ədəd elektron tərəzi, xeyli sayda mobil telefon, qızıl zinət əşyaları, 4 ədəd bıçaq, 4 ədəd xəncər və digər əşyalar aşkarlanaraq maddi sübut kimi götürülüb. S.Ağayev ilkin ifadəsində bildirib ki, narkotik maddələrin kütləvi satışı ilə xeyli müddətdir məşğuldur. O, qeyd edib ki, narkotik maddələri İran İslam Respublikasından ölkəmizə qaçaqmalçılıq yolu ilə gətirib. Araşdırmalarla o da müəyyən edilib ki, S.Ağayevin evinə gələn müştərilər narkotik maddələri alaraq elə oradaca qəbul edib.  İstintaq zamanı daha sonra məlum olub ki, S.Ağayev pulu olmayan müştərilərə narkotik maddələri girov qoymaq şərti ilə də verib. Bəzi müştərilər mobil telefonlarını, şəxsiyyət vəsiqələrini, digər qiymətli əşyalarını S.Ağayevin evində girov qoyaraq narkotik maddə alıblar.

Faktla bağlı toplanan materillar əsasında araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi