Lənkəranda sərxoş sürücü qəza törədib - FOTO

Lənkəranda sərxoş sürücü qəza törədib - FOTO Hadisə nəticəsində bir nəfər ağır yaralanıb
Hadisə
21 May , 2017 22:01
Lənkəranda sərxoş sürücü qəza törədib - FOTO
Report.az

Lənkəran. 21 may. REPORT.AZ/ Lənkəranda sərxoş sürücü qəza törədib.

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə şəhərin 2-ci mikrorayon ərazisində baş verib.

Taksi fəaliyyəti ilə məşğul olan 52 yaşlı Lənkəran şəhər sakini Kərimov Vəfadar Nuşirəvan oğlunun idarə etdiyi "VAZ-2107" markalı "42-BT-266" dövlət qeydiyyat nişanlı avtomaşın "Mercedes" markalı "42-BZ-193" dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşub. Nəticədə "VAZ-2107"nin sürücüsü ciddi xəsarət alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

İlkin müayinə zamanı sürücünün içkili olduğu müəyyənləşib. Hadisə şahidlərinin sözlərinə görə, qəzaya elə "VAZ-2107"nin sürücüsü səbəb olub. Belə ki, o, idarə etdiyi avtomaşınla sərt dönüş edib və yolla hərəkət edən "Mercedes"in yoluna çıxıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi