Lənkəranda sərnişin avtobusları toqquşub, yaralananlar var - FOTO - ƏLAVƏ OLUNUB

Lənkəranda sərnişin avtobusları toqquşub, yaralananlar var - FOTO - ƏLAVƏ OLUNUB Faktla bağlı araşdırma aparılır
Hadisə
27 Oktyabr , 2016 19:39
Lənkəranda sərnişin avtobusları toqquşub, yaralananlar var - FOTO - ƏLAVƏ OLUNUB

Lənkəran. 27 oktyabr. REPORT.AZ/ Lənkəran rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un Cənub bürosu xəbər verir ki, hadisə Lənkəran şəhəri, Füzuli küçəsində, Avtobaza deyilən ərazidə qeydə alınıb. 

Lənkəran şəhəri ərazisində işləyən PAZ markalı 42 BR 149 dövlət qeydiyyat nişanlı Dairəvi marşrut avtobusu Astara rayonu, Züngüləş kənd sakini Elşən Salman oğlu Novruzovun idarə etdiyi Lənkəran-Astara xətti ilə hərəkət edən "Mercedes" markalı, 07 BG 788 dövlət qeydiyyat nişanlı sərnişin mikroavtobusu ilə toqquşub. Nəticədə mikroavtobusda olan 13 sərnişindən 4 nəfəri müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıblar. Yaralılardan 17 yaşlı Xoşbəxt Hüseynzadənin vəziyyəti nisbətən ağır olaraq qiymətləndirilir. 

Qeyd edək ki, Lənkəran şəhəri Dairəvi marşrut avtobusu qaraja hərəkət etdiyindən içərisində sərnişin olmayıb. 

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi