Yuxarı

Lənkəranda sərhədçiləri daşıyan avtomobil ağaca çırpılıb, ölən və yaralanan var - FOTO - ƏLAVƏ OLUNUB

Lənkəranda sərhədçiləri daşıyan avtomobil ağaca çırpılıb, ölən və yaralanan var - FOTO - ƏLAVƏ OLUNUB
Faktla bağlı araşdırma aparılır
© Report.az

Lənkəran. 21 aprel. REPORT.AZ/ Lənkəran rayonunda sərhədçiləri daşıyan avtomobil qəzaya uğrayıb. 

"Report"un Cənub bürosu xəbər verir ki, hadisə Lənkəran-Lerik avtomobil yolunun Lənkəran rayonunun Şovu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, Sərhəd Qoşunlarına (SQ) məxsus "UAZ" markalı avtomobil yolun kənarındakı ağaca çırpılıb. Nəticədə Sərhəd Qoşunlarında xidmət edən baş leytenant, 1991-ci il təvəllüdlü Elçin Abdullayev Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. 

Avtomobildəki digər sərhədçi isə ayağından xəsarət alıb. 

Faktla bağlı araşdırma aparılır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi