Lənkəranda şəhid anası oğluna hörmətsizliklə bağlı yayılan məlumatlara etiraz edib

Lənkəranda şəhid anası oğluna hörmətsizliklə bağlı yayılan məlumatlara etiraz edib Bakı. 11 oktyabr. REPORT.AZ/ Lənkəranda şəhid anası oğluna hörmətsizliklə bağlı yayılan məlumatalara etiraz edib.
Hadisə
11 Oktyabr , 2018 13:22
Lənkəranda şəhid anası oğluna hörmətsizliklə bağlı yayılan məlumatlara etiraz edib
0 : 00
0 : 00

Bakı. 11 oktyabr. REPORT.AZ/ Lənkəranda şəhid anası oğluna hörmətsizliklə bağlı yayılan məlumatalara etiraz edib.

Bu barədə şəhid anası Samirə Yaşar qızı İsayevanın "Report"a ünvanladığı məktubda qeyd edilib.

"Report" məktubu olduğu kimi təqdim edir: 

“Əsgər Ailələrinə Dəstək” İB və digərləri, bir şəhid anası kimi xahiş edirəm, oğlumun il mərasiminin keçirilməsi ilə bağlı həqiqəti əks etdirməyən informasiya yaymaqla ilk öncə sizlər şəhid adına hörmətsizlik gətirməyin. Şəhid adından istifadə edərək gündəmə gəlməyin. Bildirirəm ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov başda olmaqla İcra Hakimiyyətinin rəsmiləri oğlum şəhid Salehin hüzr mərasimində yaxından iştirak ediblər və hüzrün keçirilməsində lazımı köməyi göstəriblər. Bundan əlavə, şəhid oğlumun il mərasiminin keçirilməsindən ötrü qurulan çadırın dəyəri də icra başçısı tərəfindən ödənilib. Özüm də müvafiq iş ilə təmin olunmuşam. Bütün bu diqqət və qayğıya görə rayon rəhbərliyinə öz minnətdarlığımı bildirirəm. Oğlumun il mərasiminin keçirilməsi ilə bağlı yalan və iftira dolu məlumatların yayılmasına qəti etirazımı bildirirəm. Hamıdan xahiş edirəm, məsələyə münasibətimi nəzərə alsınlar. Şəhid adı ilə bağlı yalan məlumatlar yaymaq heç kimə şərəf gətirməz".

Son xəbərlər

Orphus sistemi