Lənkəranda yetkinlik yaşına çatmayanlara tütün məmulatları satanlara qarşı reyd keçirilib - FOTO

Lənkəranda yetkinlik yaşına çatmayanlara tütün məmulatları satanlara qarşı reyd keçirilib - FOTO Lənkəran. 29 dekabr. REPORT.AZ/ Lənkəranda yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan şəxslərə qarşı reyd keçirilib.
Hadisə
29 Dekabr , 2018 11:03
Lənkəranda yetkinlik yaşına çatmayanlara tütün məmulatları satanlara qarşı reyd keçirilib - FOTO

Lənkəran. 29 dekabr. REPORT.AZ/ Lənkəranda yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan şəxslərə qarşı reyd keçirilib.

DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan "Report"un Cənub bürosuna verilən məlumata görə, dekabrın 28-də Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bu məqsədlə tədbir keçirilib.

Reyd nəticəsində rayon ərazisində 2 mağaza və 1 köşkdə satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satmaları aşkar edilib.

Polis əməkdaşları tərəfindən həmin iaşə obyektlərinin 3 satıcısı barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub və hər biri 100 manat cərimə olunublar.

Bu istiqamətdə reydlər davam etdirilir.

Son xəbərlər

Orphus sistemi