Yuxarı

DİN Lənkəranda törədilən quldurluq hadisəsi ilə bağlı məlumat yayıb

Hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Əli Məmmədov və Elnur Əsgərov tutulub, daha 1 nəfər isə müəyyən edilib

Bakı. 25 iyun. REPORT.AZ/ Lənkəranda quldurluq edən şəxslər tutulub.

“Report”un Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Əli Məmmədov və Elnur Əsgərov tutulub, daha 1 nəfər isə müəyyən edilib.

Xatırladaq ki, iyunun 24-də Lənkəran şəhərində şirniyyat istehsalı ilə məşğul olan Rövşən Ağayevə məxsus ofisə açıq qalan qapıdan girən 3 maskalı şəxs orada işləyən Azər Babayevin əllərini iplə bağlayıb, onu və digər işçi Rəfail Əliyevi bıçaq və tapançaya bənzər əşya ilə hədələyərək oradakı seyfin açarını tələb etmiş, istədiklərinə nail olmadıqlarından A.Babayevin baş nahiyəsinə xəsarət yetirərək R.Əliyevin köməkliyi ilə seyfi 1-ci mərtəbəyə düşürüb, A.Babayev əllərini açıb səs-küy saldığından seyfi orada qoyaraq hadisə yerini “Nissan” markalı avtomobildə tərk ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi