Lənkəranda qonaq gedən kişi qarşısı kəsilərək bıçaqlanıb

Lənkəranda qonaq gedən kişi qarşısı kəsilərək bıçaqlanıb Hadisə rayonunun Girdəni kəndində kütləvi dava zamanı baş verib
Hadisə
18 Aprel , 2018 01:10
Lənkəranda qonaq gedən kişi qarşısı kəsilərək bıçaqlanıb

Lənkəran. 18 aprel. REPORT.AZ/ Lənkəran rayonunun Girdəni kəndində kütləvi dava zamanı bıçaqlanma hadisəsi baş verib.

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, 1976-cı il təvəllüdlü Ləj kənd sakini Əliağayev Vaqif Gülməmməd oğlu qulaq nahiyəsindən kəsilmiş yara diaqnozu ilə xəstəxanaya çatdırılıb.

Hadisə V. Əliağayev qonaq getdiyi Girdəni kəndindən geri qayıdan zaman olub. O, yolunu kəsən 3 sərxoş kişi ilə mübahisə, ardınca isə dava edib. Bu zaman onlardan biri bıçaqla V.Əliağayevə hücum edib. O, müdafiə olunmaq istədikdə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi