Lənkəranda "Qırmızı kitab"a düşən quşları ovladığına görə iki nəfər saxlanılıb - FOTO

Lənkəranda "Qırmızı kitab"a düşən quşları ovladığına görə iki nəfər saxlanılıb - FOTO Saxlanılan şəxslərin ov etmək üçün lazımi icazələrinin olmadığı müəyyən edilib
Hadisə
10 Dekabr , 2015 16:22
Lənkəranda Qırmızı kitaba düşən quşları ovladığına görə iki nəfər saxlanılıb - FOTO

Bakı. 10 dekabr. REPORT.AZ/ Lənkəranda qanunsuz ov etdiklərinə görə iki nəfər saxlanılıb. 

"Report" xəbər verir ki, onlar Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi və İctimai Təhlükəsizlik Bölməsinin əməkdaşlarının rayonun Səpnəkəran və Nərimanabad qəsəbəsi ərazilərində çöl quşlarının qanunsuz ovlanmasına qarşı birgə keçirdikləri reyd zamanı tutulub. 

Saxlanılan şəxslərin ov etmək üçün lazımi icazələrinin olmadığı müəyyən edilib. 

Qadağan edilən yerlərdə ov etdikləri bildirilən şəxslərin əşyalarına və avtomobilin yük yerinə baxış zamanı 1 ədəd ov silahı, ov geyimləri, 42 ədəd güllə-patron, 1 cüt uzunboğaz çəkmə, quş səsləri çıxaran manoq aləti, 4 ədəd adı "Qırmızı Kitab"a düşmüş meşə cüllütü, 9 ədəd çöl ördəyi, 11 ədəd quş ovu üçün istifadə edilən suvenirlər aşkar edilərək maddi sübut kimi götürülüb. 

İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin kobud şəkildə pozulması ilə əlaqədar protokollar tərtib edilib.

Son xəbərlər

Orphus sistemi