Lənkəranda qəza nəticəsində iki nəfər ağır xəsarət alıb

Lənkəranda qəza nəticəsində iki nəfər ağır xəsarət alıb Yaralılardan biri kişi, digəri isə qadındır
Hadisə
25 Mart , 2018 18:36
Lənkəranda qəza nəticəsində iki nəfər ağır xəsarət alıb

Lənkəran. 25 mart. REPORT.AZ/ Lənkəranda iki nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Cənub bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistralının Girdəni kəndindən keçən hissəsində baş verib.

"90-GX-902" dövlət qeydiyyat nişanlı "Toyota" markalı avtomaşınla "QAZ-3110" markalı "10-UE-210" dövlət qeydiyyat nişanlı maşının toqquşması nəticəsində, ilkin məlumata görə, ikinci avtomobilin sürücüsü və qadın sərnişin xəsarət alıb. 

Son xəbərlər

Orphus sistemi