Lənkəranda qəza: 3 yaralı

Lənkəranda qəza: 3 yaralı Qəzanın baş vermə səbəbləri araşdırılır
Hadisə
21 Mart , 2016 09:46
Lənkəranda qəza: 3 yaralı

Bakı. 21 mart. REPORT.AZ/ Lənkəranda baş verən yol qəzasında ikisi azyaşlı olmaqla üç nəfər xəsarət alıb.

"Report" verir ki, hadisə Aşağı Nüvədi qəsəbəsi ərazisində yerləşən Xəzər Palace istirahət mərkəzinin qarşısında baş verib. Xəsarət alanlar dərhal Lənkəran Rayon Mərkəzi xəstəxanasına çatdırılıb. 

İlkin diaqnostik müayinələrdən sonra ən ağır vəziyyətdə olan 9 yaşlı Əbdülov Şamo Şəmşir oğlu reanimasiya şöbəsinə yerləşdirilib. Baş beyinin ağır dərəcəli zədələnməsi diaqnozu ilə şöbəyə yerləşdirilən yaralı koma vəziyyətindədir. 

Xəsarət alanların olduğu bildirilən Jiquli Vaz 2106-nın sürücüsü 28 yaşlı Əbdülov Qabil Muxtar oğlu və 12 yaşlı Əbdülova Elvira Şəmşir qızı baş və bədənin müxtəlif nahiyələrinin sınıq və travmaları ilə travmatalogiya şöbəsinə yerləşdiriliblər. Vəziyyətləri orta ağır qiymətləndirilir. Qəzanın baş vermə səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi