Lənkəran. 27 sentyabr. REPORT.AZ/ Lənkəran rayonunda qayın yeznəsini balta ilə qətlə yetirib.
"Report"un Cənub bürosunun verdiyi məlumata görə, rayonun Vilvan kənd sakini Mahir Əzimov yaşadığı həyətdə yeznəsi, Lənkəran şəhər sakini Sakit Yusubovu ailə münaqişəsi zəminində balta ilə qətlə yetirib. M.Əzimov polisə könüllü təslim olub.
Hadisə S.Yusubovun qayınatasının evində baş verib. O, özü də həyat yoldaşı ilə birlikdə bu evdə yaşayıb.
Kənd sakinlərinin sözlərinə görə, M.Əzimov bir müddət əvvəl həbsdən azad edilib.
Faktla bağlı araşdırma aparılır.
***18:12
Lənkəran. 27 sentyabr. REPORT.AZ/ Lənkəran rayon sakini balta ilə vurularaq qətlə yetirilib.
"Report"un Cənub bürosu xəbər verir ki, hadisə rayonun Vilavan kəndində baş verib.
Hələlik məlum omlmayan səbəbdən balta ilə vurularaq xəsarət alan rayon sakini ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.