Bakı. 6 sentyabr. REPORT.AZ/ Lənkəran rayonunda qayın qardaşı arvadını bıçaqlayıb.
"Report"un Cənub bürosunun məlumatına görə, hadisə rayonun Şovu kəndində qeydə alınıb.
Belə ki, kənd sakini Rəşad Müqabil oğlu Nüsrətov Rusiyaya işləməyə gedən qardaşının həyat yoldaşı, 25 yaşlı Bahar Fərman qızı Məmmədovaya bıçaqla xəsarətlər yetirib. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub.
R.Nüsrətov saxlanılaraq istintaqa cəlb olunub. Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.