Lənkəranda qanunsuz silah-sursat götürülüb

Lənkəranda qanunsuz silah-sursat götürülüb Bakı. 7 dekabr. REPORT.AZ/ Lənkəran rayonunda qanunsuz silah-sursat götürülüb.
Hadisə
7 Dekabr , 2018 12:36
Lənkəranda qanunsuz silah-sursat götürülüb

Bakı. 7 dekabr. REPORT.AZ/ Lənkəran rayonunda qanunsuz silah-sursat götürülüb. 

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Belə ki, qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə polis orqanları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

Lənkəran şəhər rayon Polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qüdasar kənd sakinləri Qəhrəman Həşimovun evindən 1 ədəd “TOZ-16”, qardaşı Məmmədin evindən 1 ədəd “İJ-18” və Sarvan Həşimovun evindən 1 ədəd “İJ-17” markalı ov tüfəngləri aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi