Lənkəranda qanunsuz ov edən şəxs cərimələnib

Lənkəranda qanunsuz ov edən şəxs cərimələnib Lənkəran. 20 sentyabr. REPORT.AZ/ Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən sentyabrın 19-da Lənkəran rayonunda “Qızılağac” qoruğunun ərazisində qanunsuz ov etdiyinə görə Masallı rayon sakini Muxtar Orucov saxlanılıb.
Hadisə
20 Sentyabr , 2018 13:25
Lənkəranda qanunsuz ov edən şəxs cərimələnib
0 : 00
0 : 00

Lənkəran. 20 sentyabr. REPORT.AZ/ Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən sentyabrın 19-da Lənkəran rayonunda “Qızılağac” qoruğunun ərazisində qanunsuz ov etdiyinə görə Masallı rayon sakini Muxtar Orucov saxlanılıb.

DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan “Report”un Cənub bürosuna bildirilib ki, ondan müvafiq sənədləri olmayan, nömrəsi silinmiş “Baykal” markalı ov tüfəngi, 13 ədəd patron, 9 ədəd giliz, 1 ədəd kəmər (patron qatarı) və 4 ədəd çöl quşu götürülüb.

M.Orucov barəsində İnzibati Xətalar Məcəlləsinin 272-ci maddəsi (balıq və digər su bioresurslarının mühafizəsi və ov qaydalarının pozulması) ilə protokol tərtib edilib.

Son xəbərlər

Orphus sistemi