​Lənkəranda qadın yanğın zamanı evdən çıxa bilməyərək həyatını itirib - FOTO

​Lənkəranda qadın yanğın zamanı evdən çıxa bilməyərək həyatını itirib - FOTO Onun həyat yoldaşısı özünü xilas edə bilib
Hadisə
12 Avqust , 2016 06:04
​Lənkəranda qadın yanğın zamanı evdən çıxa bilməyərək həyatını itirib - FOTO

Lənkəran. 12 avqust. REPORT.AZ/ Səhər saatlarında Lənkəranda yaşayış evi yanıb və nəticədə 1 nəfər dünyasını dəyişib.

"Report"un Cənub bürosunun məlumatına görə, hadisə Lənkəranın Zərifə Əliyeva küçəsi, dalan 2, ev 4, Nəsirov Məcid Rüstəm oğluna məxsus yaşayış evində baş verib.

Yanğın səhər saat 5 radələrində başlayıb. Nəsirov Məcid evi alov bürüdükdən sonra bundan xəbər tutub və evdən çıxmağa macal tapıb. Lakin onun həyat yoldaşı, 1964-cü il təvəllüdlü Nəsirova Kifayət Sabir qızı evdən çıxa bilməyərək həyatını itirib.

Yanğının söndürülməsinə Lənkərandan 3, Liman şəhərindən isə 1 yanğınsöndürən maşın şəxsi heyəti ilə cəlb olunub. Alovun digər evlərə keçməsinin qarşısı alınıb.

Yanğın nəticəsində ev ümumilikdə içindəki əşyalar ilə birlikdə 2 otaq, 1 eyvan ve mətbəx 108 m2 sahədə yanıb.

Son xəbərlər

Orphus sistemi