Lənkəranda qadın intihara cəhd edib

Lənkəranda qadın intihara cəhd edib Hadisə Lənkəranda Xəzər dənizi sahilində baş verib
Hadisə
3 İyul , 2017 19:44
Lənkəranda qadın intihara cəhd edib

Lənkəran. 3 iyul. REPORT.AZ/ Lənkəranda qadın intihara cəhd edib.

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə Lənkəranda Xəzər dənizi sahilində baş verib. 

Rayonun Şağlaküçə kənd sakini 1972-ci il təvəllüdlü Nurullayeva Nəzakət Abasəli qızı özünü dənizə ataraq intihara cəhd göstərib. Lakin ətrafdakıların köməyi ilə onun həyatını xilas etmək mümkün olub. 

İlkin tibbi müdaxilədən sonra qadın Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Hazırda intihara cəhdin səbəbi araşdırılır.

Son xəbərlər

Orphus sistemi