Lənkəranda ailə münaqişəsi zəminində intihara cəhd edən qadın xəstəxanada ölüb - YENİLƏNİB

Lənkəranda ailə münaqişəsi zəminində intihara cəhd edən qadın xəstəxanada ölüb - YENİLƏNİB Lənkəran rayonunda sirkə turşusu içərək intihara cəhd edən 1978-ci il təvəllüdlü Ürgə kənd sakini Zamanlı Xalidə Zeynal qızı Rayon Mərkəzi Xəstəxanasında keçinib.
Hadisə
21 Aprel , 2019 17:30
Lənkəranda ailə münaqişəsi zəminində intihara cəhd edən qadın xəstəxanada ölüb - YENİLƏNİB

Lənkəran rayonunda sirkə turşusu içərək intihara cəhd edən 1978-ci il təvəllüdlü Ürgə kənd sakini Zamanlı Xalidə Zeynal qızı Rayon Mərkəzi Xəstəxanasında keçinib.

"Report"un Cənub Mərkəzinin məlumatına görə, həkimlərin səylərinə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerinə baxış keçirilib və intiharın səbəbləri araşdırlır.
Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə yerləşdirilib. 


***14:07

Lənkəran rayonunun Ürgə kəndində intihara cəhd hadisəsi baş verib.

"Report"un Cənub Mərkəzinin məlumatına görə, 1978-ci il təvəllüdlü Zamanlı Xalidə Zeynal qızı sirkə turşusundan zəhərlənmə diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

O, vəziyyəti ağır olduğundan zəruri tibbi yardımlar göstərilməklə, Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağır qiymətləndirilir. Yaxınlarının dediyinə görə, X.Zamanlı sirkə turşusunu ailə münaqişəsi zəminində içib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi