Bakı. 23 dekabr. REPORT.AZ/ Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) Müvəqqəti Saxlama Yerinin kamerasında (MSY) saxlanılan şəxsdan narkotik maddə aşkar edilib.
"Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Lənkəran ŞRPŞ əməkdaşları tərəfindən narkotik vasitə ilə tutulan Elçin Kişiyevin saxlanıldığı MSY-nin kamerasına baxış zamanı 35 qram heroin aşkar edilərək götürülüb.
Araşdırmalar zamanı E.Kişiyevin narkotik vasitəni İran İslam Respublikasından udaraq keçirməsi müəyyən edilib.