Yuxarı

Lənkəranda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

23 yaşlı Nigar Mehdiyeva ağır xəsarət alıb

Bakı. 20 avqust. REPORT.AZ/ Lənkəranda yük maşını piyadanı vurub.

"Report"un cənub bürosu xəbər verir ki, hadisə Ələt-Astara magistralının təxminən 203-cü km-də, Şilavar kəndindən keçən hissəsində baş verib.

Şahidlərin bildirdiyinə görə, hadisə "Shacman" markalı yük maşını tərəfindən törədilib. İlkin araşdırmalar nəticəsində vurulan piyadanın Lerik rayon Cəngəmiran kənd sakini, 23 yaşlı Mehdiyeva Nigar Elçin qızı olduğu dəqiqləşdirilib. O, çörək almaq üçün həyat yoldaşının maşınından düşüb yolu keçmək istəyəndə yük maşını tərəfindən vurulub.

Qəzanı törətmiş sürücü hadisə yerindən qaçıb. Onun kimliyi istintaqa məlum deyil.

Ağır vəziyyətdə olan N.Mehdiyeva Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər.

Faktla bağlı DİN Baş DYP -nin istintaq və təhqiqat bölməsi tərəfindən araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi